IMG-LOGO

Azərbaycan ADB ilə "yaşıl maliyyələşmə"ni müzakirə edib

13 May 2026 16:55 4 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) arasında "yaşıl maliyyələşmə" müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin Sektorlar üzrə 3-cü departamentinin baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş çərçivəsində əməkdaşlığın cari vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, yaşıl maliyyələşmə, eləcə də maliyyə sektorunun inkişafını dəstəkləyən birgə təşəbbüslər müzakirə olunub, əlaqələrin inkişafı və texniki yardım imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti