Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC bu ilin I rübündə əldə etdiyi 1,664 milyon manat xalis mənfəəti dividend kimi səhmdarlarına ödəyib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar "BOA Agency"nin səhmdarlarının aprelin 10-da keçirilmiş illik ümumi yığıncağında qəbul olunub. Bununla belə, dividend ödənişi Cəmiyyətin səhmlərinin qiymətinə təsir etmir.
Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 40 %-i Rüstəm Hacıyevə, 40 %-i İlkin Qəribliyə, 20 %-i isə Ramin Hacıyevə məxsusdur.