"Xalq Həyat Sığorta" ASC bu ilin I rübünü 973 min manat mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,6 % çoxdur.
Yanvar-mart aylarında "Xalq Həyat Sığorta"nın gəlirləri 4,532 milyon (1 il əvvələ nisbətən 11,8 % çox), xərcləri isə 3,56 milyon manat (2,8 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə "Xalq Həyat Sığorta"nın aktivləri 30,522 milyon manat olub ki, bu da illik müqayisədə 7,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,75 % artaraq 12,67 milyon manata, balans kapitalı isə 3,1 % artaraq 17,851 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.