IMG-LOGO

"Qala Sığorta"nın xalis mənfəəti 35 %-dən çox azalıb

11 May 2026 15:11 3 baxış
IMG

"Qala Sığorta" ASC bu ilin I rübünü 2,891 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % azdır.

Yanvar-mart aylarında "Qala Sığorta"nın gəlirləri 20,769 milyon manat (1 il əvvələ nisbətən 18,7 % az), xərcləri 17,156 milyon manat (14,1 % az), mənfəət vergisi ödəmələri isə 722 min manat (35,2 % az) təşkil edib.

Bu il aprelin 1-nə "Qala Sığorta"nın aktivləri 82,322 milyon manat olub ki, bu da illik müqayisədə 19,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,7 % azalaraq 58,216 milyon manata, balans kapitalı isə 32,6 % azalaraq 24,106 milyon manata düşüb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,018 milyon manatdır.

Xəbər lenti