"Meqa Həyat Sığorta" ASC bu ilin I rübünü 1,055 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.
Yanvar-mart aylarında "Meqa Həyat Sığorta"nın gəlirləri 4,186 milyon manat (əvvəlki ilə nisbətən 19,7 % çox), xərcləri 2,867 milyon manat (17,8% çox), mənfəət vergisi ödəmələri isə 264 min manat (24 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 40,379 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 20,7 % azalaraq 23,274 milyon manata düşüb, balans kapitalı isə 16,5 % artaraq 17,105 milyon manata çatıb.
Xatırladaq ki, "Meqa Həyat Sığorta" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Meqa Sığorta"dır.