IMG-LOGO

İrandan külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

30 Nov 2023 13:52 152 baxış
IMG

Noyabrın 29-da saat 17:20-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kq 500 qr marixuana, 3 kq 750 qr metamfetamin, 4 kq 550 qr heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: lent.az

Xəbər lenti