IMG-LOGO

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255  kompüter paylanılıb

07 Aug 2026 11:39 5 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının (MR) ümumtəhsil məktəblərinə 2255 kompüter verilib.

"Report"un yerli bürosunun məlumatına görə, kompüterlər "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın "Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması" bəndinə uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilib.

Kompüterlər şagird sayı çox olan Naxçıvan şəhəri və rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərinə paylanılıb.

Qeyd olunub ki, bu addım təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsal təhsil imkanlarının genişləndirilməsinə və şagird-kompüter nisbətinin ölkə üzrə orta göstəriciyə (6:1) uyğunlaşdırılmasına xidmət edir.

Mənbə: report.az

Xəbər lenti