AZCON Holding iş yeri kimi güclü tərəflərini və inkişaf imkanlarını müəyyən etmək, əməkdaş məmnuniyyətini və iş mühitinin keyfiyyətini daha dərindən qiymətləndirmək məqsədilə 2026-cı ildə beynəlxalq qiymətləndirmədə iştirak edib.
"Report" xəbər verir ki, sorğu iş yeri mədəniyyətinin qiymətləndirilməsi sahəsində beynəlxalq nüfuza malik və bu istiqamətdə artıq 30 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində minlərlə təşkilatla əməkdaşlıq edən müstəqil ekspertiza təşkilatı olan "Great Place to Work" tərəfindən həyata keçirilib.
Qiymətləndirmə nəticələrinə əsasən, AZCON Holding ölkə və beynəlxalq standartlarla müqayisədə gözləntiləri üstələyən nəticə əldə etməklə "Great Place to Work" sertifikatına layiq görülüb.
İşçi rəyləri əsasında əldə olan göstəricilərə əsasən, işçilərin 97 %-i bu Holdinqdə işləməklə fəxr edir, 96 %-i AZCON-da özünü xoşbəxt hiss edir və 87 %-i ümumilikdə korporativ mədəniyyətdən və işəgötürəndən məmnundur.
Mənbə: report.az