IMG-LOGO

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

07 Aug 2026 10:09 5 baxış
IMG

Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir, lakin praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

"Ermənistan üçün Aİİ dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və xarici iqtisadi prioritetlərdən biri olaraq qalır. Bu yanaşma Ermənistanın yeni hökumətinin proqramında da öz əksini tapacaq", - o qeyd edib.

Paşinyan qeyd edib ki, bu cür məsələlərin gözardı edilməsi nəinki Aİİ-nin gələcək inkişafını ləngidə, həm də İttifaq ölkələrinin vətəndaşları və işgüzar ictimaiyyətinin ona olan münasibətinə mənfi təsir göstərə bilər.

"Nəticə etibarilə, bu cür problemlər ayrıca bir dövlətin problemi olmaqdan çıxır və bütün birliyin ümumi probleminə çevrilir. Məhz buna görə də biz yaranan maneələri vaxtında aradan qaldırmalı, Aİİ daxilində ticari-iqtisadi münasibətlərin tənəzzülünün qarşısını almalı, sahibkarlıq risklərini minimuma endirməli və qarşılıqlı etimadı ardıcıl olaraq möhkəmləndirməliyik. Bir sıra istiqamətlər üzrə qarşıya qoyulmuş strateji məqsədlərə hələ tam həcmdə nail olunmayıb. Bu o deməkdir ki, diqqəti artıq qəbul edilmiş qərarların praktiki icrasına yönəltmək lazımdır", - o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti