IMG-LOGO

Bir ayda metroda 16 milyondan çox sərnişin daşınıb

07 Aug 2026 10:29 4 baxış
IMG
0 0

İyul ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Lent.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, ötən ilin iyul ayı ilə müqayisədə 10,31 % çox sərnişin daşınıb.

“Koroğlu” stansiyası 1 630 048 sərnişinə xidmət göstərərək ayın lideri olub.

Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda metrodan 649 974 nəfər istifadə edib.

NFC və QR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

“Əlçatan metro” xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.

metro sərnişin sosial xəbərlər

Mənbə: lent.az

Xəbər lenti