IMG-LOGO

Bakıda gənc bankir evində ölü tapıldı

07 Aug 2026 12:00 3 baxış
IMG
0 0

Bakıda vəzifəli şəxsin meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Saatlı rayon sakini 35 yaşlı Xubayar Etibar oğlu Rüstəmzadənin meyiti yaşadığı mənzildə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Qeyd edək ki, Xubayar Rüstəmzadə son olaraq ABB-nin Kreditlərin anderraytinqi və monitorinqi departamentinin Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həmçinin Azərbaycan Banklar Assosiasiyasının eksperti olub.

Hadisələr meyit bankir

Mənbə: lent.az

Xəbər lenti