IMG-LOGO

Süni intellektin köməyilə arıqlayıb komaya düşdü

07 Aug 2026 10:07 4 baxış
IMG
0 0

Çində bir gənc süni intellektin hazırladığı ekstremal arıqlama proqramına əməl etdikdən sonra reanimasiyaya yerləşdirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, oturaq iş rejiminə görə artıq çəki yığan kişi arıqlamaq üçün süni intellektə müraciət edib. O, süni intellektdən özü üçün intensiv məşq proqramı və arıqlama planı hazırlamağı xahiş edib.

Gənc təqdim olunan bütün tövsiyələrə əməl edərək 45 gün ərzində təxminən 18 kiloqram çəki atmağa nail olub.

Lakin günlərin birində o, komaya düşüb və təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər ona bir neçə orqan çatışmazlığı sindromu diaqnozu qoyublar.

Mütəxəssislərin fikrincə, xəstənin immun sistemi uzun müddət yuxusuz qalması, nizamsız qidalanması və həddindən artıq fiziki yüklənmə səbəbindən ciddi şəkildə zəifləyib.

dünyadan xəbərlər süni intellekt

Mənbə: lent.az

Xəbər lenti