Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin parlament qrupunun görüşündə iştirak edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Kanada parlamentindəki görüşdə iştirak etməkdən məmnun oldum", - paylaşımda bildirilib.
Bununla yanaşı, yeni formalaşmış icraçı komandaya təbrik ünvanlanıb: "Qrupun ikitərəfli münasibətləri gücləndirəcəyi və parlament əməkdaşlığını dərinləşdirəcəyindən əminik".