Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən NASA-nın üç kosmonavtı ABŞ-da keçirilən aralıq seçkilərdə elektron səsvermə bülleteni vasitəsilə kosmosdan səs verib.
Lent.az xəbər verir ki, Anil Menon, Jessika Vatkins və Luke Delaney səslərini elektron bülleten vasitəsilə mənsub olduqları seçki dairəsinə göndəriblər.
Menon paylaşdığı videoda stansiyadakı yataq bölməsinin eyni zamanda səsvermə kabinəsi kimi istifadə edildiyini bildirib. O, kompüter vasitəsilə verdikləri səslərin Texas ştatının Harris dairəsinə göndərildiyini qeyd edib.
Qeyd edək ki, NASA-nın Conson Kosmik Mərkəzi və Missiya İdarəetmə Mərkəzi də Harris dairəsində yerləşir.
ABŞ kosmonavtları 1997-ci ildən etibarən kosmosda səs verirlər.
ABŞ NASA kosmos
Mənbə: lent.az