Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda bu gün Portuqaliyanın "Benfika" kollektivi ilə üz-üzə gələcək.
"Report"un məlumatına görə, G qrupunun V turunun oyunu Lissabon şəhərində keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, "LANDAU Lions" IV turda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib - 94:86. Ölkə təmsilçisi əvvəlki üç görüşdə isə məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.
Mənbə: report.az