IMG-LOGO

"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb

04 Nov 2026 07:41 2 baxış
IMG

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb.

"Report"un xəbərinə görə, "Yonhap" agentliyi bu barədə Koreya Respublikası ordusuna istinadən məlumat yayıb.

Hazırda Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi uçuş məlumatlarını təhlil edir.

Koreya Respublikası ordusu 29 oktyabrda da Yapon dənizinə doğru naməlum mərmi atılması ilə bağlı oxşar iddialar irəli sürüb. Lakin sonra qısa mənzilli ballistik raketlərin atıldığı bildirilib.

Mənbə: report.az

Xəbər lenti