IMG-LOGO

“Xiaomi 18 Pro” seriyası bu tarixdə dünya bazarına çıxacaq

04 Nov 2026 03:13 3 baxış
IMG
0 0

“Xiaomi” şirkətinin “Xiaomi 18 Pro” və “Xiaomi 18 Pro Max” smartfonları noyabr ayında qlobal bazarda satışa çıxarılacaq.

Lent.az xəbər verir ki, hər iki model ikili 200 meqapiksellik Leica kamera sistemi və arxa paneldə əlavə ekranla təchiz edilib.

Çin versiyalarında Pro modeli 7000, Pro “Max” isə 8500 milliamper/saatlıq batareyaya malikdir.

Lakin beynəlxalq versiyalarda batareya tutumunun müvafiq olaraq 6000 və 7050 milliamper/saata qədər azaldılacağı gözlənilir.

Şirkət hələlik qlobal versiyaların qiymətini və dəqiq satış tarixini açıqlamayıb.

Xiaomi

Mənbə: lent.az

Xəbər lenti