Almaniyanın Vürtsburq Universitetinin alimləri insan beyni kimi öyrənə və məlumatları emal edə bilən yeni elektron cihaz hazırlayıblar.
Lent.az xəbər verir ki, nanoölçülü cihaz tranzistor, memristor və memkondensator funksiyalarını eyni vaxtda yerinə yetirir.
Ənənəvi kompüterlərdən fərqli olaraq, məlumatları ayrıca yaddaş və prosessor olmadan həm saxlaya, həm də emal edə bilir. Bu texnologiyanın mövcud süni intellekt sistemləri ilə müqayisədə daha az enerji sərf edəcəyi bildirilir.
Tədqiqatçılar gələcəkdə bu qurğudan ağıllı saatlarda və tibbi cihazlarda istifadə etməyi planlaşdırırlar.
Texnologiya vasitəsilə qan təzyiqi, ürək döyüntüsü və qanda şəkərin səviyyəsi kimi göstəricilər əlavə sistemlərə ehtiyac olmadan dərhal təhlil edilə biləcək.
insan beyni cihazMənbə: lent.az