IMG-LOGO

UEFA Gənclər Liqası: "Sabah" və "Qarabağ"ın U-19 komandaları növbəti oyunlarını keçirəcəklər

04 Nov 2026 09:47 3 baxış
IMG

"Sabah" və "Qarabağ" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar.

"Report" xəbər verir ki, "Sabah" əsas mərhələnin IV turunda Norveç təmsilçisi "Vikinq"in müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.

Qarşılaşma "Sandnes Ulf Arena"da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. U-19 daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.

"Qarabağ" isə II təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada "Dinamo"nun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 1:2.

Mənbə: report.az

Xəbər lenti