IMG-LOGO

İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb

04 Nov 2026 10:03 3 baxış
IMG

İsmayıllı rayonunda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, noyabrın 3-də saat 19:00 radələrində Muğanlı-İsmayıllı yolunun rayonun Tircan kəndindən keçən hissəsində İlqar Əliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada, 56 yaşlı Oruc Səfərovu vurub.

O.Səfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti