IMG-LOGO

Türkiyədə bələdiyyə sədri həbs olunub

22 Apr 2026 08:32 5 baxış
IMG

İstanbulun Ataşehir bələdiyyəsinin sədri Onursal Adıgüzel həbs olunub.

"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, O. Adıgüzel və onun müavinləri ilə birlikdə 20 şəxs aprelin 18-də rüşvət alma, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratma, ona rəhbərlik etmə və üzv olma, tenderin nəticələrini saxtalaşdırma ittihamları ilə saxlanılıb.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinin araşdırmasında qeyd olunan hallar üzrə cinayət elmentləri müəyyən edilib.

O. Adıgüzel daxil, hakim qarşısına çıxarılan təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O. Adıgüzel üç çağırış Türkiyə Böüyk Millət Məclisinin (TBMM) deputatı olub. O, 2024-cü ildən bələdiyyə sədri vəzifəsini icra edirdi.

Xəbər lenti