Dekabrın 4-də, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 147 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin icra orqanının rəhbərliyində dəyişikliyin edilməsi, 2026-cı il üzrə 9 aylıq maliyyə nəticələrinə dair məlumatın təqdim edilməsi və digər məsələlərin müzakirəsi daxildir.
"Respublika Diaqnostika Mərkəzi" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.
Mənbə: report.az