Rusiyanın Samara vilayətinin Sızran şəhərində çoxmənzilli yaşayış binasının blokunun qismən çökməsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Samara vilayətinin Sızran şəhərində yaşayış binasının blokunun qismən dağıldığı yerdə axtarış-xilasetmə işləri aparılır. Dağıntılar altından biri uşaq olmaqla, dörd nəfər çıxarılıb", - qurumun məlumatında bildirilib.
Dağıntılar altında daha iki nəfərin, o cümlədən bir uşağın olduğu ehtimal edilir.
Vilayətin qubernatoru Vyaçeslav Fedorişev çökmənin PUA hücumu səbəbindən baş verdiyini bildirib.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə bölmələri çalışır.