IMG-LOGO

Gürcüstan hökumətində yeni vəzifə yaradılır

21 Apr 2026 18:21 3 baxış
IMG

Gürcüstan hökumətində yeni vəzifə yaradılır.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan Hökumətinin strukturuna Hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, yeni yaradılacaq vəzifəni Mamuka Mdinaradze tutacaq.

Baş nazir bildirib ki, bununla yanaşı Mamuka Mdinaradzeyə Gürcüstanın vitse-baş naziri səlahiyyətləri də həvalə ediləcək.

Qeyd edək ki, bu qərar ölkədə hüquq-mühafizə orqanları arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədi daşıyır və hökumət strukturunda aparılan son dəyişikliklərin tərkib hissəsidir.

Xəbər lenti