İrakli Çikovani, Maka Boçorişvili və Mamuka Mdinaradze Gürcüstanın baş nazir müavinləri vəzifələrini tutacaqlar.
"Report" xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.
Baş nazir bildirib ki, xarici işlər naziri Maka Boçorişviliyə də baş nazirin müavini səlahiyyətləri həvalə olunacaq.
Qeyd edək ki, qərar Gürcüstan hökumətində aparılan son struktur və kadr dəyişiklikləri çərçivəsində qəbul edilib.