IMG-LOGO

Paşinyan və Hamilton regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

21 Apr 2026 15:32 4 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan və NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri, mövcud çağırışlar, sülh və sabitliyin təmin edilməsinə yönəlmiş səylər ətrafında fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər həmçinin Ermənistan və NATO arasında əməkdaşlığı, onun inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran sahələrdə birgə proqramların həyata keçirilməsini müzakirə ediblər. Paşinyan dövlətin dayanıqlığının möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək, ölkədəki demokratik islahatların gedişatını təqdim edib.

Xəbər lenti