IMG-LOGO

Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur

20 Apr 2026 23:30 4 baxış
IMG

Atəşkəs rejiminin pozulması və ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı zamanı deyib.

"Atəşkəs rejiminin pozulması və ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur", - A. Əraqçi bildirib və danışıqlarda Pakistanın səylərinə görə İshaq Dara təşəkkür edib.

İran XİN başçısının sözlərinə görə, söhbət zamanı regional hadisələr və atəşkəs rejimi ilə bağlı məsələlər müzakirə edilib. "İran bütün aspektləri nəzərə alaraq gələcək addımları barədə qərar qəbul edəcək", telefon danışığı barədə təfərrüatlı məlumatda bildirilib.

Xəbər lenti