IMG-LOGO

Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub

20 Apr 2026 22:59 3 baxış
IMG

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Fərid Ərşadlı şəhərin baş memarı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl Rəşad Əhmədəliyev icra edirdi.

Sumqayıt şəhər İcra Hakimiyyəti məlumatı təsdiqləyib.

Xəbər lenti