IMG-LOGO

Qubada intihara dəfələrlə CƏHD: dünən can verdi

29 Nov 2023 09:56 159 baxış
IMG

Qubada intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə noyabrın 28-də Alpan kəndində baş verib. 59 yaşlı Qurbanov İmran Cəlil oğlu səhər saat 9 radələrində yaşadığı evin həyətindəki çardaqdan özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, o əvvəllər də bir neçə dəfə intihara cəhd edib. Lakin hər dəfə onun özünü öldürməsinin qarşısı alınıb. Həmçinin İ. Qurbanovun spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti