IMG-LOGO

Azərbaycanın qızlardan ibarət basketbol millisi Şimali Makedoniyaya qalib gəlib

07 Aug 2026 14:01 5 baxış
IMG

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 75:73.

Qeyd edək ki, yığma növbəti matçını sabah Estoniya komandasına qarşı keçirəcək.

Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub.

Mənbə: report.az

Xəbər lenti