IMG-LOGO

"Real"ı rədd edib "Barselona"nı seçdi - Mourinyo ŞOKDA

07 Aug 2026 12:42 5 baxış
IMG
1 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Madrid “Real”ını yox “Barselona”nı seçib.

Lent.az xəbər verir ki, onun “Real”a keçidinin ilkin razılaşmaya baxmayaraq niyə baş tutmadığı məlum olub.

Qeyd olunur ki, Rodri “Real”la sövdələşməyə 100 faiz razı olub. “Siti” ilə də şərtlərin böyük hissəsi razılaşdırılmışdı. Daha sonra prosesə Madrid klubunun baş skautu Xuni Kalafat müdaxilə edib və qiyməti aşağı salmağın mümkün olduğunu bildirib. Bundan sonra danışıqlar dayandırılıb. Mourinyo isə tamamilə şokda və çaşqın vəziyyətdə olub. Çünki o, mərkəz yarımmüdafiəçisini “Real”da görmək istəyib.

Məlumata görə, paytaxt klubunun prezidenti Peres qiymətin aşağı salınmasında israr edib. Bundan sonra “Mançester Siti” futbolçunu digər klublara təklif etməyə başlayıb.

Nəticədə futbolçu növbəti klubu kimi “Barselona”nı seçib və bu qərarı şəxsən Madrid “Real”ına bildirib.

Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir. O, klubun heyətində 298 oyuna çıxıb, 28 qol vurub və 32 məhsuldar ötürmə edib.

Rodri Argentina millisinə qarşı keçirilən final oyunundan sonra 2026-cı il futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilib. 30 yaşlı futbolçu turnirdə 8 oyunda iştirak etsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

İdman xəbərləri futbol

Mənbə: lent.az

Xəbər lenti