IMG-LOGO

Demokratlar zorakılıq qalmaqalı fonunda ermənipərəst Suolvelli istefaya çağırıblar

12 Apr 2026 23:55 5 baxış
IMG

Ermənipərəst baxışları ilə tanınan ABŞ Nümayəndələr Palatasının üzvü Erik Suolvell cinsi zorakılıq ittihamları fonunda Konqresdən istefa verməsi ilə bağlı artan çağırışlarla üzləşib.

"Report" xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Bazar günü Demokratlar Partiyasının nümayəndələri Pramila Cayapal, Ro Hanna və Yucin Vindman ayrı-ayrı müsahibələrində Suolvellin vəzifəsini tərk etməli olduğunu bildiriblər.

"The San Francisco Chronicle" və CNN-in məlumatına görə, əvvəllər konqresmenin dairə ofisində işləmiş bir qadın onu iki dəfə razılıq olmadan cinsi təmasda olmaqda ittiham edib.

Bundan əlavə, CNN daha üç qadının Suolvellə qarşı cinsi qısnama ittihamı irəli sürdüyünü bildirib.

Kaliforniya dairələrindən birini təmsil edən konqresmen özü ittihamları rədd edərək onları "tamamilə yalan" adlandırıb və etiraz etmək niyyətində olduğunu bildirib.

"Onun etdikləri iyrənc və mənfurdur", - Ro Hanna "Fox News Sunday"in efirində bildirib və hüquq-mühafizə orqanlarını, eləcə də Nümayəndələr Palatasının Etika komitəsini araşdırma aparmağa çağırıb.

Öz növbəsində Manhetten prokurorluğu cinsi zorakılıq ittihamları üzrə araşdırmaya başladığını təsdiqləyib.

Xəbər lenti