IMG-LOGO

Budanov: Ukrayna və Rusiya arasında əsir mübadiləsi istisna olunmur

12 Apr 2026 18:43 2 baxış
IMG

Ukrayna və Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi artıq gələn həftənin sonunda mümkündür.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Novosti.LIVE"a şərhində bildirib.

Budanov qeyd edib ki, aprelin 11-də 182 ukraynalının qaytarılmasından sonra artıq növbəti mübadilə hazırlanır.

"Ümid edirəm ki, təxminən həftənin sonuna kimi daha bir mərhələ olacaq. Orada sırf bürokratik prosedurlar var idi", - o qeyd edib.

Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı hərbi əsir mübadiləsi həyata keçirib. Ukraynaya 175 hərbçi və 7 mülki şəxs qayıdıb.

Xəbər lenti