IMG-LOGO

"Sabah"ın U-18 komandası Çempionlar Liqasında sonuncu oyununa çıxır

12 Apr 2026 11:00 3 baxış
IMG

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında sonuncu oyununu bu gün keçirəcək.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyənin "Tofaş" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda Serbiyanın "Borats" klubuna uduzub - 60:67.

Qrup mərhələsində Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivinə qalib gələn (72:61) "Sabah" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olub.

Xəbər lenti