İsrailin Müdafiə Ordusu Livan ərazisinə gecə hücumu zamanı raket buraxılışı qurğusunun məhv edildiyini açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusu bildirib.
"Gecə Müdafiə Ordusu İsrailə doğru mərmi atmağa hazır vəziyyətə gətirilən raket buraxılışı qurğusunu aşkar edib. Raket qurğusu aşkar olunduqdan qısa müddət sonra məhv edilib, raketin atılmasının qarşısı alınıb", - açıqlamada deyilir.
Qeyd edək ki, gecə İslamabadda ABŞ və İran arasında danışıqlar aparılıb.