IMG-LOGO

NYT: İslamabadda İran və ABŞ arasında danışıqlar dostluq atmosferində keçib

12 Apr 2026 04:28 4 baxış
IMG

İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanın paytaxtı İslamabadda baştutan danışıqlar sakit və dostluq ab-havasında keçib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti İran rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətlərinin rəhbərləri Məhəmmədbaqer Qalibaf və Cey Di Vens bir-birinin əlini sıxıblar.

"İran parlamentinin spikeri, nüfuzlu hərbi və siyasi xadim Qalibaf [ABŞ-nin] vitse-prezident Cey Di Vensin əlini sıxıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ilk günü başa çatıb. Məsləhətləşmələrdə Vaşinqtonu Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edir. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak edirlər. Görüşdə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də iştirak edir.

Xəbər lenti