IMG-LOGO

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

31 Oct 2026 17:47 2 baxış
IMG
1 0

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib.

Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damına düşüb. Ehtimal edilir ki, avtomobilin damı zərbənin gücünü azaldıb və kişinin sağ qalmasına kömək edib.

Yaralı xəstəxanaya yerləşdirilməsi üçün tibb işçilərinə təhvil verilib.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Hadisələr binadan yıxılmaq dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti