IMG-LOGO

10 zədəli futbolçusu olan ingilis klubu oyuna hazırlaşır

21 Feb 2026 14:03 3 baxış
IMG
0 0

“Arsenal”la oyun ərəfəsində “Tottenhem” məhdud heyətlə məşq keçir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni baş məşqçi İqor Tudor komandada 10 zədəli futbolçunun olduğunu bildirib və bu səbəbdən komanda cəmi 13 oyunçu ilə məşq edib.

“Hazırda 10 zədəli oyunçumuz var. 13 nəfərlə məşq etdik. Vəziyyət belədir. Bu ideal deyil, amma bazar günü “Arsenal”la oyunda istədiyimizə nail olmaq üçün 13 nəfər tamamilə kifayətdir”, — deyə Tudor açıqlamasında bildirib.

Premyer Liqanın 27-ci turu çərçivəsində “Tottenhem”lə “Arsenal” arasında oyun bazar günü, fevralın 22-də keçiriləcək.

İdman xəbərləri

Xəbər lenti