IMG-LOGO

"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib

12 Apr 2026 03:27 9 baxış
IMG

Britaniyalı aktyor Con Nolan 88 yaşında vəfat edib.

"Report" bu barədə "Herald" qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, aktyor aprelin 11-də dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Nolan 1960-cı illərin sonlarından başlayaraq onlarla filmin çəkilişində iştirak edib. "Betmen: Başlanğıc" ("Batman Begins", 2005), "Qara Cəngavər: Əfsanənin dirçəlişi" ("The Dark Knight Rises", 2012) və "Dünkerk" ("Dunkirk", 2017) filmlərindəki işləri ona geniş şöhrət qazandırıb.

Con Nolan məşhur britaniyalı rejissor, ikiqat "Oskar" mükafatı laureatı Kristofer Nolanın, eləcə də ssenarist Conatan Nolanın əmisi idi.

Xəbər lenti