Ola bilsin ki, bunu qaçırmısınız, amma müntəzəm olaraq amansızcasına (və çox vaxt haqsız yerə) tənqid olunan Manuel Lokatelli 2025/26 mövsümündən əvvəl "Yuventus"un kapitanı təyin edilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, təəccüblü deyil ki, yarımmüdafiəçi bu mövsüm cəmi üç oyunu buraxıb, çünki Spallettinin heyətini onsuz təsəvvür etmək onsuz da çətindir.
Yeri gəlmişkən, sentyabr ayında italyan ikinci dəfə ata olub. Manuel Lokatellin həyat yoldaşı Tessa ilə tanış olun!
Tessa Lakoviç 1998-ci il martın 22-də anadan olub. O, bu yaxınlarda 28 yaşına çatıb və Lokatellidən üç ay kiçikdir. Tessanın vətəni olduqca ekzotikdir – Kosta-Rika!
Lakoviç uşaqlığını və gəncliyini bu ölkədə keçirib - Keylor Navas, Yeltsin Texeda və Paulo Vançope Kosta-Rikanın milli komandada oynayıblar. Məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Milana köçüb və orada Müqəddəs ürək katolik universitetinə daxil olub. Bu elit universitetdə Tessa reklam və marketinq üzrə təhsil alıb.
Tessa və Manuel moda paytaxtında tanış olublar: Lokatellinin “Milan”ın gənclər sisteminin yetirməsi olduğunu və 2019-cu ilə qədər "qırmızı-qaralar"da oynadığını unutmamısınız? Onlar 2017-ci ildə, yarımmüdafiəçinin klubdakı ilk mövsümündə və tezliklə Avropa çempionu olacağını ağlına belə gətirmədiyi zaman tanış olublar.
Cütlük 2022-ci il iyunun 21-də evlənib. Mərasimdə Corcio Kellini, Leonardo Bonucci, Mattia Perin, Matteo Pessina, Federiko Peluzo və Patrik Kutrone iştirak ediblər.
Lokatelli artıq "Yuventus" oyunçusu olarkən ailə vəziyyətini dəyişib. Tessa Manuel ilə yanaşı, İtaliyanın ən çox titul qazanan klubu ilə müqavilə imzalama mərasimində də iştirak edib!
2023-cü il martın 10-da cütlük valideyn olub: ilk uşaqlarının adı Teodur. 2025-ci il sentyabrın 17-də isə Lokatelli iki uşaq atası olub: ikinci oğlunun adı Eduardodur! İndi ən azı üç insan şəxsən "Yuventus" kapitanını dəstəkləyir!
Manuel Lokatelli "Yuventus" İtaliya Tessa Lakoviç


















