IMG-LOGO

Kolumbiya Ekvadora aid mallara rüsumları 100%-dək artıracaq

11 Apr 2026 04:32 2 baxış
IMG

Kolumbiya Ekvadora aid mallara rüsumları 30%-dən 100%-dək artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kolumbiyanın Ticarət, Sənaye və Turizm Nazirliyinə istinadən məlumat yayıb.

Qərar, ticarət-diplomatik münaqişəsinin kəskinləşməsi fonunda bir gün əvvəl Kolumbiya məhsullarına tarifləri 100%-dək artıran Ekvadorun analoji addımından sonra qəbul edilib.

Boqotada bildiriblər ki, diplomatik nizamlanma mexanizmləri tükənib. Yeni tədbirlərin tətbiqinə dərhal başlanacaq.

Daha əvvəl Kolumbiya Ekvadora elektrik enerjisi tədarükünü dayandırıb. 2025-ci ilin yekunlarına görə, Kolumbiyanın Ekvadorla münasibətlərində ticarət profisiti 1,02 mlrd. dollar təşkil edib.

Xəbər lenti