Pakistanın Baş naziri Şahbaz Şərif britaniyalı həmkarı Kir Starmerlə telefonla danışıb və İran ilə ABŞ arasında dialoq müzakirə edilib.
"Report" xəbər verir ki, Ş. Şərif bu barədə "X" sosial şəbəkə hesabında yazılb.
"İran və ABŞ arasında atəşkəsə nail olmağa və dialoqu irəlilətməyə kömək edən Pakistanın səmimi diplomatik səylərinə verdiyi dəstəyə görə ona (K. Starmerə - red.) minnətdarlığımı bildirirəm", o bildirib və dünya liderlərinin sülh təşəbbüslərini dəstəkləyən birgə bəyanatı alqışladığını əlavə edib:
"Regionda davamlı sülh və sabitlik üçün şərait yaratmaq məqsədilə atəşkəsin qorunub saxlanılmasının vacibliyi barədə həmfikir olduq.
Həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə Pakistan-Britaniya münasibətlərinin daha da möhkəmləndirilməsi yollarını müzakirə etdik".