IMG-LOGO

Hörmüz boğazını keçən gəmilərin əksəriyyəti İranla bağlıdır

10 Apr 2026 16:45 4 baxış
IMG

Son sutka ərzində Hörmüz boğazından keçən gəmilərin əksəriyyəti İranla bağlı olub.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu "Kpler" və "Lloyd's List Intelligence" analitik platformalarının məlumatları təsdiqləyir.

Qeyd olunub ki, Tehran və Vaşinqton arasında iki həftəlik atəşkəsə nail olunmasına baxmayaraq, digər gəmilər öz reysərini təxirə salır.

"Son 24 saat ərzində İran sularını üç tanker tərk edib – 2 milyon barelə qədər tutumu olan supertanker, bunker tankeri və kiçik neft gəmisi", – platformalar qeyd edir.

Bundan başqa, eyni müddət ərzində boğazdan dörd quru yük gəmisi, o cümlədən Çinə tədarük üçün İranda dəmir filizi yüklənmiş gəmi keçib.

Xəbər lenti