IMG-LOGO

Litvanın Baş naziri: Bakı və Vilnüs birbaşa hava əlaqəsinin işə salınması üzərində işləyəcək

10 Apr 2026 14:36 3 baxış
IMG

Azərbaycan və Litvanın Baş nazirləri Əli Əsədov və İnqa Ruqiniene Bakıda keçirilən görüş zamanı Bakı ilə Vilnüs arasında birbaşa hava əlaqəsinin qurulmasını müzakirə etmək barədə razılığa gəliblər.

Bu barədə "Report"a müsahibəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib.

"Birbaşa hava əlaqəsi məsələsinə gəlincə, deyə bilərəm ki, mən olduqca diqqətçəkən bir hadisə yaşadım. Dünən Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə biz geniş spektrli məsələləri müzakirə etdik. Bir məqamda o, səfərimin necə keçdiyi ilə maraqlandı. Mən hər şeyin yaxşı olduğunu, lakin İstanbuldan keçməklə gəlməli olduğumu cavablandırdım. O zaman mən qeyd etdim ki, bəlkə də birbaşa reysin işə salınmasını nəzərdən keçirməyə dəyər - bu, ölkələrimizi daha da yaxınlaşdıra bilərdi. Nəticədə biz bu məsələnin üzərində ayrıca işləmək barədə razılığa gəldik", - o deyib.

İnqa Ruqiniene həmçinin vurğulayıb ki, artıq may ayından Litva və Azərbaycanın işgüzar dairələri arasında vacib görüşlər başlayır.

"Bildiyim qədərilə, iyunda həmçinin logistika forumu keçiriləcək - bu, həqiqətən də əhəmiyyətli bir hadisədir. Biz ölkələrimizin bu cür təşəbbüslərdə daha fəal iştirakının zəruriliyi barədə razılığa gəldik. Dostluğumuzun davam etdirilməsi və möhkəmləndirilməsi üçün konkret addımlar atmağımız məni sevindirir", - Baş nazir bildirib.

Xəbər lenti