IMG-LOGO

Bosniya və Herseqovinada on minlərlə sürücü yeni sərhəd qaydaları səbəbindən işini itirə bilər

10 Apr 2026 02:39 2 baxış
IMG

Bosniya və Herseqovinada 20 min sürücü yeni sərhəd qaydaları səbəbindən işini itirə bilər.

"Report"un Balkan bürodu xəbər verir ki, aprelin 10-da EES sisteminin (Avropa İttifaqının öz sərhəd keçidlərini rəqəmsallaşdırmaq üçün tətbiq etdiyi yeni giriş-çıxış qeydiyyat sistemi - red.) tam tətbiqi başlayır.

Bununla da pasportların əl ilə möhürlənməsi biometrik skanlama ilə əvəz olunur.

Bu fonda sürücülər ümid edirlər ki, əvvəlki qeydə alınmış qalma müddətlərinin avtomatik "silinməsi" və ya "sıfırlanması" baş verəcək, çünki bu, onlara icazə verilən qalma günlərinin əhəmiyyətli hissəsini geri qazandıra bilər.

Bosniya və Herseqovinanın nəqliyyat və kommunikasiya naziri Edin Forto problemin müvəqqəti həll olunduğunu bildirib. Nazir eyni zamanda, hazırda Xorvatiya hökumətinin nümayəndələri ilə məsələ barədə görüşün təşkili haqqında da danışıb. O, qeyd edib ki, sistemli yanaşmaya, səlahiyyətli orqanlarla müzakirə edilməli konkret həll yolları ilə bağlı görüşə ehtiyac var.

"Logistika Konsorsiumu" isə bildirib ki, Bosniya və Herseqovina növbəti 18 ay ərzində çoxlu sayda peşəkar sürücü işini itirə bilər. Konsorsiumun baş koordinatoru Velibor Peuliç diqqətə çatdırıb ki, Bosniya və Herseqovinanın təxminən növbəti 18 ay ərzində 20 min sürücüsünün işini itirmə ehtimalı var:

"Növbəti 18 ayda təxminən 20 min nəfəri itirəcəyimizi və onların Aİ ölkələrində işlə təmin ediləcəyini gözləyə bilərik. Biz onların getməsini qadağan edə bilmərik və nəqliyyat şirkətləri cəmi iki-üç ay əməkhaqqı və sosial ödənişləri qarşılaya biləcək, daha sonra məcburi məzuniyyətə keçəcəklər. Hazırda 3 min insanı məcburi məzuniyyətə göndərmişik. Bu, 33 % miqyasda köç və ya resursların yenidən bölüşdürülməsi deməkdir".

Nəqliyyat və Kommunikasiyalar Nazirliyindən isə bildirilib ki, məsələnin həlli ilə bağlı bütün tədbirlər görülür. Ölkə daxilində müəyyən güzəştlərlə statusun yaxşılaşdırılması hədəflənir.

Xəbər lenti