İsrailin 8 apreldə endirdiyi zərbələr nəticəsində Livanda ölənlərin sayı 303 nəfərə çatıb, azı 1 150 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi cümə axşamı günü açıqlayıb.
Həmçinin qeyd olunur ki, martın 2-də İsrail və "Hizbullah" arasında gərginliyin başlamasından bəri Livanda ölənlərin ümumi sayı 1 888-ə çatıb, 6 092 nəfər yaralanıb.
Nazirlik axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının arta biləcəyini vurğulayıb.
Qeyd edək ki, İsrailin endirdiyi zərbələrdə həlak olanların xatirəsinə Livanda 9 aprel milli matəm günü elan edilib.