IMG-LOGO

Tovuzda imkansız ailə 3 oğlundan imtina etdi

09 Apr 2026 16:02 2 baxış
IMG
0 0

Tovuz rayonunda aztəminatlı ailə 3 azyaşlı övladının uşaq evinə yerləşdirilməsi ilə bağlı müraciət edib.

Lent.az APA-ya istinadla bildirir ki, rayon sakini Tovuz İcra Hakimiyyətinə müraicət edərək 3 azyaşlı övladına baxmağa imkanı olmadığını deyib. Uşaqlar İH nümayəndələri tərəfindən müayinə olunmaq üçün Tovuz rayon Mərkəzi xəstəxanasına aparılıb.

İH-dən APA-ya bildirilib ki, uşaqlar hazırda xəstəxanada həkim nəzarətindədir, növbəti mərhələdə onların uşaq evinə yerləşdirilməsi nəzərdə tutulur.

Uşaqların anasının səhhətində problemlər olduğu da qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Uşaqların mövcud vəziyyəti qiymətləndirilib:

"Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər. Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək".

Məlumata görə, ailənin imtina etdiyi övladları 8, 7 və 2 yaşlı oğlan uşaqlarıdır.

Aztəminatlı ailə uşaq evləri Tovuz rayonu

Xəbər lenti