IMG-LOGO

Azərbaycan Cüdo Federasiyası: "Ruslan Paşayevin zədəsi ciddi deyil"

09 Apr 2026 15:26 2 baxış
IMG

Azərbaycanın cüdo millisinin üzvü Ruslan Paşayevin zədəsi ciddi deyil.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

66 kq çəki dərəcəsində çıxış edən idmançı məşq zamanı zədələnib. Buna baxmayaraq, onun durumunun ağır olmadığı bildirilir.

Həkimlərin rəyinə əsasən, Ruslan Paşayevin mayda məşqlərə qayıtması gözlənilir.

Qeyd edək ki, Ruslan Paşayev böyüklər arasında Avropa çempionatını zədəsi səbəbindən buraxacaq. Onun əvəzinə eyni çəkidə mübarizə aparan Turan Bayramov yığmanın heyətinə daxil edilib.

Qitə birinciliyi aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq.

Xəbər lenti