IMG-LOGO

ABŞ və İsrailin hərbi əməliyyatı başlayandan bəri İranda 3 mindən çox insan ölüb

09 Apr 2026 15:39 2 baxış
IMG

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri ölkədə 3 mindən çox insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Mizan" agentliyinə İranın Məhkəmə Tibb Təşkilatının rəhbəri Abbas Məscidi Arani məlumat verib.

O qeyd edib ki, hazırda həlak olanların demək olar ki, hamısının meyitləri ailələrinə təhvil verilib.

Martın 30-da Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri 102 mindən çox mülki obyekt hücumlara məruz qalıb.

Xəbər lenti