IMG-LOGO

İrlandiyada yanacaq qiymətlərinin artmasına qarşı kütləvi etirazlar başlayıb

09 Apr 2026 15:59 2 baxış
IMG

İrlandiyada etirazçılar Korkdakı "Whitegate" neft emalı zavodunu (NEZ) bloklayıb və Yaxın Şərqdəki müharibə fonunda yanacağın qiymətinin kəskin artması ilə əlaqədar hökumətin atdığı addımlardan narazılıqlarını bildirərək Dublində nümayiş keçiriblər.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nümayişlər çərçivəsində yük maşınları və traktorlar Dublinin əsas magistral yollarından birində park edilərək ardıcıl üçüncü gündür ki, nəqliyyatın hərəkətini kəsib. Bütün ölkə boyu daşıyıcılar və fermerlər yanacaq anbarlarını bloklaraq və digər şəhərlərdə hərəkəti kəsərək, siyasətçilərdən daha sərfəli dəstək paketini müzakirə etmək üçün onlarla görüşməyi tələb ediblər.

İrlandiyanın Baş naziri Mixol Martin və ədliyyə naziri Cim O"Kallahan NEZ-in bloklanmasını pisləyiblər.

"Əhəmiyyətli milli infrastrukturun bloklanmasına yol verilməyəcək və biz kömək üçün Müdafiə Qüvvələrinə müraciət etmişik. Mühüm infrastrukturu bloklayan iri nəqliyyat vasitələri yığışdırılacaq", - O"Kallahan deyib.

Ötən ay İrlandiya enerji daşıyıcılarının qiymət artımının fəsadlarını yumşaltmaq üçün 250 milyon avro məbləğində tədbirlər paketini, xüsusən də daşıyıcılar və nəqliyyat operatorları üçün dizel yanacağına görə kompensasiyanın maksimum məbləğinin artırılmasını təsdiqləyib.

Xəbər lenti